Zur neuesten Ausgabe dieser Publikation.
Description
Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının bankıdır. Biz dünyanın ən iri çoxtərəfli maliyyə institutu və iqlim tədbirlərinin ən böyük maliyyə təminatçılarından biriyik.
1958-ci ildən bəri, AİB 160-dan artıq ölkədə minlərlə layihə üçün kredit və ekspert məsləhəti təmin edib.
“AİB-ə qısa nəzər”in bu dəfəki nəşrində Avropa İnvestisiya Bankının 2022-ci ildəki fəaliyyətinə nəzər salınır, təsirlərimiz asan anlaşılan rəqəmlərlə nümayiş olunur.